Modern.az

Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

26 İyun 2012, 18:08


İyunun 26-da İstanbuldakı Lütfi Kırdar Beynəlxalq İclas Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdulla  Gülün görüşü olub.
Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, görüşdə İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammitinin üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edən qardaş dövlətlərin başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
İki respublika arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıq bildirən prezidentlər bu sahənin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi