Modern.az

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Təhsil

26 İyun 2012, 22:11

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il iyunun 24-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin  magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb. Modern.az xəbər verir ki, imtahan nəticələri TQDK-nın rəsmi internet saytında artıq yerləşdirilib. (//www.tqdk.gov.az/mag2012net2/)

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2012-ci il iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə  ixtisaslaşma seçimini yerinə yetirirəcəklər.        

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi