Modern.az

Ermənistandan Qarabağa göndərilən S-300 ZRK məhv ediləcək - XƏBƏRDARLIQ

Ermənistandan Qarabağa göndərilən S-300 ZRK məhv ediləcək - XƏBƏRDARLIQ

29 Sentyabr 2020, 15:31

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir”.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.


“Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”,-o deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu