Modern.az

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

27 İyun 2012, 11:08

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

 Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi