Modern.az

Sevgi və barışıq dili -Türk dili

Sevgi və barışıq dili -Türk dili

27 İyun 2012, 12:09

Ötən gün Bakı Özəl Türk Liseyində Türk-dili Olimpiyadalarının yekun mərasiminin təqdimetmə mərasimi keçirilib.

Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə heyətinin də qatıldığı tədbirdə Olimpiada qalibləri şer söyləyib, mahnı ifa edib, rəqslər etdilər.  

Modern.az-ın məlumatına görə, mərasimdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisi Mesut Kurnaz çıxış edərək, Azərbaycan məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasındakı uğurlarından danışıb. O, Azərbaycanlı məktəblilərin olimpiadada iştirakını yüksək dəyərləndirdiyini qeyd edərək Beynəlxalq Türk Dili Olimpiadasının 2003-cü ildən etibarən keçirildini bildirib.

M. Kurnaz Türkiyə prezidenti Abdullah Gülün olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul etdiyini xüsusi vurğulayıb:

“Bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Türk dili Olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib. Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. 10 İl müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər”.

Qeyd edək ki, birinci yerin qaliblərinə 1000, ikinci yerin sahiblərinə 750, üçüncü yerə isə 600 dollar pul mükafatı verildi”.

Təqdimat zamanı çıxış edən professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri olimpiadanın əhəmiyyəti barədə danışdılar. Onlar Beynəlxalq Türk Dili Olimpiadasının məqsədinin türk dilinin - türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdan ibarət olduğunu bildirdilər.

Rəsmi çıxışlardan sonra mərasim olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin üzvlərinin ifasında bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi