Modern.az

Həbsxanaya narkotika keçirən şəxs tutulub

Həbsxanaya narkotika keçirən şəxs tutulub

27 İyun 2012, 13:13

Cəzaçəkmə müəssisəsinə qohumu yanına gedən 12,63 qram “marixuana” ilə yaxalanıb. Bu barədə  Modern.az-a  Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin mətbuat xidmətindən  məlumat  verilib. Pentensiar xidmətdən bildirilib ki,  2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunan  əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Iyunun  26-da həyata keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azaqdlıqdan məhrum edilən məhkum Quliyev Amil Rahil oğluna qohumu vətəndaş Şəbiyev Seymur İlqar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 3 ədəd çörəyin içərisində gizlədilən , hər birində 2 kibrit qutusu olmaqla, cəmi 6 ədəd kibrit qutusu içərisində ümumi xalis çəkisi 12,63 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi