Modern.az

Dəmir Yollarının yubiley medalı təsis ediləcək

Dəmir Yollarının yubiley medalı təsis ediləcək

30 Sentyabr 2020, 12:10

"Azərbaycanda dəmiryoluun yaranması ili kimi 1988-ci il qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanda dəmiryolu nəqliyyatı inkişaf etmişdir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli deyib.

 

O bildirib ki, ulu öndər Azərbaycanın bütün ərazisində dəmir yolunun inkişafına xüsusi önəm vermişdir. Təəssüflər olsun ki, Azərbaycan ərazisi müstəqilliyimizin ilk illərində işğal olunarkən Naxçıvan ərazisinə gedən dəmir yolu xətti ziyan görmüşdür. Heç şübhəsiz ki, Ordumuz tərəfindən həyata keçirilən əməliyyatlarla burada olan rayonlarımız da işğaldan azad olunacaq və burada olan dəmir yolu xəttləri də yenidən qurulacaq. Bu gün Azərbaycanın dəmir yolları ilə bağlı medalın təsis edilməsi bu sahədə çalışanlara stimul olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?