Modern.az

Polis bölməsində ölüm hadisəsi baş verib

Polis bölməsində ölüm hadisəsi baş verib

27 İyun 2012, 13:28

İki dəfə infarkt keçirmiş Sumqayıt şəhər sakini A.Xudiyev polis bölməsinə aparılarkən infarktdan ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 26-da saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qisimində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib. A.Xudiyev, Z.Vahidovla birgə 3-cü Polis Bölməsinə aparılarkən yolda səhhəti pisləşib və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirmiş və cibindəki dərmanı qəbul edib. Polis Bölməsinə təcili tibbi yardım maşını çağırılsa da tibb işçiləri tərəfindən müayinə edilən A.Xudiyev infarktdan dünyasını dəyişib.

  Modern.az  

 
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi