Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı “ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, eyni zamanda Nəsimidə yeni tikilən binalar bir-birinə çox yaxındır:
“Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə və Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.
M.İbrahimqızı cəbhə bölgəsində yaşayan insanlarla bağlı da təklif səsləndirib:
“Bu gün cəbhə bölgələrində yaşayan insanlar günümüzün qəhrəmanlarıdır. Onlarla bağlı təklif edirəm ki, qanunvericilikdə xüsusi imtiyazlar yaradılsın. Bu gün onlar atılan güllənin qarşısındadır”