Modern.az

Fəzail Ağamalı vətəndaş nikahından doğulan uşaqlara köməyə çağırdı

Fəzail Ağamalı vətəndaş nikahından doğulan uşaqlara köməyə çağırdı

30 Sentyabr 2020, 15:50

“Təhsil sisteminin rəhbərliyinə keçid dövründə elə adamlar qoydular ki, bu sahənin inkişafdan geri qalmasına gətirib çıxardı”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

 

O bildirib ki, Siyavuş Novruzov dediyi kimi 1-ci sinfə uşaqlar sorğu-sualsız məktəbə qəbul olunmalıdır:

“Məcburi köçkün məktəblərinə bir çox hallarda orada yaşayan vətəndaşların qəbul olunmasına şərait yaradılmır. Bakıda yaxud fərqli şəhərlər yerləşən məcburi köçkün mktəblərində məcburi köçkün olmayanların da uşaqları təhsil ala bilməlidir. Eyni zamanda, vətəndaş nikahından dünyaya gələn uşaqların da sayı çoxdur. Məlumdur ki, bu uçaqlar ata himayəsindən məhrumdur. Həmçinin, çox hallarda bu uşaqların anası işsiz olur. Bu uşaqlara da hansısa imtiyazlar yaradılmalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?