Modern.az

Azərbaycanda 79 əcnəbi saxlanılıb

Azərbaycanda 79 əcnəbi saxlanılıb

27 İyun 2012, 15:34

Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  18-23 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonunda qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 79 əcnəbi aşkar edilibdir.

Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi