Fövqəladə Hallar Nazirliyi Qobustan rayonunda baş verən dəhşətli yol nəqliyyat hadisəsi ilə bağlı məlumat verib. Modern.az nazirliyin internet saytına istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun 110-cu km-də “NOVA” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşmsı nəticəsində baş verib.
Nəticədə, “VAZ” markalı minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Abdullayev Nadir Sədr oğlu və avtomobildə olan 4 sərnişin - 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı il təvəllüdlü Abdullayev Farız Nadir oğlu, 1967-ci il təvəllüdlü Aslanova Xoşgül Əli qızı və 1937-ci il təvəllüdlü Aslanova Səkinə Əliş qızı hadisə yerində vəfat ediblər.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat saat 10:39-da başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az