Modern.az

“Son illər Azərbaycanın dəmiryol sahəsində sürətli inkişaf müşahidə olunur” - Əli Hüseynli

“Son illər Azərbaycanın dəmiryol sahəsində sürətli inkişaf müşahidə olunur” - Əli Hüseynli

30 Sentyabr 2020, 22:15

“Hələ Çar Rusiyası dövründə yəni  1880-ci ildə Azərbaycanda Balaxanı, Suraxanı və Sabunçu stansiyalarının tikilməsi ilə dəmiryolu öz işinə başlayıb. Sonrakı dövrlərdə də Azərbaycanda dəmiryolu həm çar Rusiyası, həm də Sovetlər dövründə inkişaf edib”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə münasibət bildirərkən deyib.

Birinci vitse-spiker müstəqillik illərində torpaqlarımız işğal olunarkən Ələt-Culfa dəmiryolunun fəaliyyətinin dayandırılmasını təəssüf hissi ilə qeyd edib:

“Çünki həmin dəmiryol xətti işğal olunmuş rayonların ərazisindən keçir. Heç şübhə etmirik ki, Azərbaycan ordusu Qarabağda torpaqlarımızı işğaldan azad etdikdən sonra Bakı ilə Naxçıvanın dəmiryol əlaqəsi bərpa olunacaq”.

Əli Hüseynli dəmiryolu sahəsində həyata keçirilən inkişaf barədə də danışıb:

“Son illər Azərbaycanın dəmiryol sahəsində sürətli inkişaf müşahidə olunur. Artıq dəmiryolu proyektləri beynəlxalq proyektlərdir. Təsadüfi deyil ki, 2005-ci ilin 13 oktyabrında cənab prezident dəmiryolçuların peşə bayramını təsis edib. Hesab edirəm ki, bu yubiley medalı bayram ərəfəsində dəmiryolçular üçün ən layiqli töhfədir”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?