Modern.az

Bakı Bulvarında xaricdən ədədi 150 avroya alınan ağaclar əkilir

Bakı Bulvarında xaricdən ədədi 150 avroya alınan ağaclar əkilir

27 İyun 2012, 16:07


Dənizkənarı Milli Parkda yenidənqurma işləri aparılır. Bu işlər çərçivəsində bulvarda xaricdən gətirilmiş çoxlu dekorativ ağaclar, kollar və kaktuslar əkilib. Onların da qiymətlərinin bahalı olması haqqında söz-söhbətlər dolaşır. Hətta bu ağaclara ümilikdə 1 milyon manatın xərcləndiyini iddia edənlər də var.

Modern.az saytının əməkdaşı bu söz-söhbətlərin nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Milli Parkın Yaşıllaşdırma sahəsinin rəhbəri Vəli Şahverdiyevlə əlaqə saxlayıb. Heç büdcələrinin 1 milyon manata çatmadığını deyən Vəli Şahverdiyev bu rəqəmin səslənməsindən səksəndi:

“Yaşıllaşdırma sahəsinə heç o qədər pul ayrılmayıb və elə bir rəqəmdən də söz gedə bilməz. Mən sizə ən bahalı ağacların qiymətini deyə bilməyəcəm. Əslində demək istərdim, amma o ağacların dəqiq qiymətini bilmirəm. Ona görə ki, şirkətlərlə müqaviləni baş idarə bağlayır. Onların da vasitəsilə ağaclar xaricdən Bakıya gətirilir. Orda gömrük və yol xərcləri də var. Bax bu detallar var  ki, mən onlardan xəbərsizəm. Mən sadəcə yaşıllaşdırma sahəsinə rəhbərlik edirəm. Ancaq mən sizə dəqiq deyə bilərəm ki, deyilənlərin hamısı yüzdə yüz səhv rəqəmlərdir”.

Vəli Şahverdiyev bəzi ağacları özünün seçib gətirdiyini də bildirdi:

“Mənim seçdiyim ağaclar tək-tək alınan və yaraşıq üçün olan ağaclardı. Sözsuz ki, onlar da bahalıdı. Axırıncı gətirdiyimiz ağaclar “Venesiya” şəhərciyi üçün olub. Bunlar da salxım söyüdlər, çinar və şam ağaclarıdı. Qiymətləri hardasa 139-152 avro arasında dəyişir“ .

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi