Modern.az

Gədəbəyli deputatın təşəbbüsü ilə hərbi hissədə tədbir keçirilib

Gədəbəyli deputatın təşəbbüsü ilə hərbi hissədə tədbir keçirilib

27 İyun 2012, 19:17

Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə bayram tədbiri keçirilib.
103 sayli Gədəbəy seçki dairəsi üzrə Milli Məclisinin deputatı Sevinc Hüseynovanın təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri də iştirak ediblər.
Mərasimdə Müdafiə Nazirliyinin təbrik məktubu oxunduqdan sonra Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çixiş edərək zabit və əsgərləri Silahlı Qüvvələr günü münasibətilə təbrik edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da öz təbriklərini hərbi hissənin şəxsi heyətinə çatdırıb. Sonra xidməti vəzifələrində fərqlənən zabit və əsgərlərə Fəxri Fərman və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbir, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.
Sonda hərbi hissənin rəhbərliyi təşkil edilmiş bayram tədbirinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildirib.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi