Modern.az

Portuqaliya - İspaniya oyunun qalibi ilk finalçı oldu

Portuqaliya - İspaniya oyunun qalibi ilk finalçı oldu

28 İyun 2012, 02:35

Modern.az xəbər verir ki, futbol üzrə Avropa çempionatında ilk yarımfinal oyunu keçirilib. Ukraynanın Donetsk şəhərindəki “Donbas Arena” stadionunda hazırki Avropa çempionu İspaniya millisi Portuqaliya yığması ilə üz-üzə gəlib.

Priney derbisi olduqca maraqlı keçsə də, oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda da qapılara qol vurulmayanda, penaltilər seriyası tətbiq olunub.

Burada daha yaxşı oyun nümayiş etdirən ispanlar adlarını finala yazdırıblar.  
 
Portuqaliya - İspaniya - 0:0 (Penaltilər seriyası - 2:4 )

Portuqaliya:
Patrisio, Pereyra, Pepe, Bruno Alveş, Koentrao, Meyreleş (Varela, 112), Veloso (Kuştodio, 105), Moutinyo, Nani, Ronaldo, Almeyda (Oliveyra, 81)

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi.H (Pedro, 86), Buskets, Xabi Alonso, David Silva (Navas, 60), A.İniesta, Neqredo (Fabreqas, 53)

İyunun 28-də ikinci yarımfinalda Almaniya - İtaliya qarşılaşması olacaq.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi