Makedoniya prezidenti Gyorge İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün iyunun 28-də Azərbaycana gəlib. (AzərTAc)
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda prezident və onun xanımı Maya İvanovanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Gyorge İvanov və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov arasında qısa protokol söhbəti olub.
Modern.az