Modern.az

“Tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır” - Deputat

“Tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır” - Deputat

2 Oktyabr 2020, 11:46

“Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

 

O bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır:

 

“Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronu bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?