Estoniya parlamentinin sədrinin Azərbaycana səfəri başlayıb. Modern.az xəbər verir ki, spiker xanım Ene Erqman dünən axşam saatlarında Bakıya gəlib. Qonaq bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.
E.Erqmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin sədr müavini Bahar Muradova, rəsmi şəxslər və jurnalistlər qarşılayıblar.
Xanım Ene Erqman Azərbaycana səfər çərçivəsində ölkəmizdə bir sıra dövlət və hökümət nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Modern.az