Modern.az

Sosial siyasət komitəsi yaz sessiyasında necə işlədi?

Sosial siyasət komitəsi yaz sessiyasında necə işlədi?

28 İyun 2012, 11:25

Modern.az Milli Məclisin (MM) komitələrinin yaz sessiyası müddətindəki fəaliyyəti haqqında yazıları davam etdirir. Növbə MM-in Sosial siyasət komitəsinindir. Bu komitədə hansı qanun layihələri müzakirə olundu, hansıları qəbul edildi, hansı layihələr isə payız sessiyasına saxlanıldı?

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli saytımıza bildirdi ki, Milli Məclisin yaz sessiyası müddətində iki qanun layihəsi gündəliyə çıxarıldı.
”Bunlardan biri “Sosial xidmət haqqında” qanun, ikincisi isə “Pasientlərin hüquqları haqqında” idi.

Xidmət haqqında çıxardığımız qanun ən önəmli, ən tarixi, ən yaddaqalan qanunlardan biri oldu.

Bu qanunda bir neçə özəllik var. Burada sosial həyatda əhalinin az qorunan hissəsini müdafiə edən məsələlər öz əksini tapıb. Bundan əlavə,  sosial xidmətdə QHT-lərin ləğv olunmasıdır. Digər xüsusiyyət isə özəl qrumların sosial xidmətdə iştirakıdır. Üçüncüsü sosial xidmət təlimatının artırılmasıdır”.

Komitə sədrinin sözlərinə görə, bunlar çox önəmli qanunlardır və onlar payız sessiyasında müzakirəyə çıxarılacaq.

Millət vəkili onu da bildirdi ki, bu qanun layihələri Sosial siyasət komitəsi tərəfindən hazırlanan qanunlardır:

“Haradasa qanunlara 17 əlavə və dəyişiklik Prezidentin imzası ilə gəlib. Onlar da artıq  müzakirə edilərək qəbul olunub”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi