Modern.az

Yerevan Bakını Putinin hərbi blokuna ŞİKAYƏT EDƏCƏK

Yerevan Bakını Putinin hərbi blokuna ŞİKAYƏT EDƏCƏK

Dünya

2 Oktyabr 2020, 21:33

Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan yeni təxribata əl atıb. Belə ki, rəsmi Yerevan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etməyi düşünür.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Artsrun Ovannisyan bildirib.

 

O, hərbi bloka şikayət edərkən Azərbaycan pilotsuz təyyarələrinin Ermənistanın hava məkanı pozmasını əsas gətirəcəklərini deyib.

“KTMT-ya lazım olan bütün sənədləri təqdim edəcəyik” - deyə açıqlamada deyilir.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan üzvdür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza