Modern.az

Məlahət İbrahimqızı və Sevinc Hüseynova Almaniyada görüşlər keçirir

Məlahət İbrahimqızı və Sevinc Hüseynova Almaniyada görüşlər keçirir

28 İyun 2012, 14:08

Cənubi Qafqaz ölkələrinin iqtidar partiyalarını parlamentdə təmsil edən qadın millət vəkilləri Kondrad Adenaur Fondunun dəvət və təşkilatçılığı ilə əvvəlcədən hazırlanmış proqram çərçivəsində görüşlərdə iştirak edirlər. Bu görüşlərdə Yeni Azərbaycan Partiyasını təmsil edən Məlahət İbrahimqızı və Sevinc Hüseynova da iştirak edirlər. Hər iki deputat hazırda Berlində bir həftəlik səfərdədilər.

YAP təmsilçiləri Xristian Demokratik Partiyasının ayrı-ayrı üzvləri, parlamentdəki fraksiyaların rəhbər heyəti, eləcə də Almaniyanın Xarici İşlər Nazirliyində və Ailə, qadın, uşaq, qoca və əlillərin problemləri üzrə  Nazirlikdə görüşlər keçiriblər. Bu görüşlərdə Almaniya, həmçinin  Avropa Birliyinin Cənubi Qafqaz respublikaları ilə əlaqələrinin və sıx  əməkdaşlığının vacibliyi, xüsusilə Avropanın enerji təhlükəsizliyində bu regionun ən vacib ölkəsi hesab olunan Azərbaycanla əməkdaşlığın  əhəmiyyəti müzakirə edilib, qadın siyasətçilərinin bu əməkdaşlıqda oynayacağı əhəmiyyətli rolundan danışılıb.

Görüşdə Bundestaqın üzvü və XDP-nın Bundestaqdakı fraksiyasının sədr müavini İnqrid Fisbax, Bundestaq üzvləri Manfred Qrund və Michael Hol iştirak edib. Almaniyalı millət vəkilləri Cənubi Qafqazın gələcək inkişafında Azərbaycanın müstəsna rolunu vurğulayaraq, əməkdaşlığa böyük önəm verdiklərindən danışıblar. Həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Qarabağ probleminin həll edilməsində Avropa və beynəlxalq ictimaiyyətin rolunun danılmaz olduğu qeyd olunub. Almaniyalı millət vəkilləri Ermənistan qadın millət vəkillərinin bu məsələyə etiraz etməsini əsassız hesab ediblər.

Almaniya XİN-in Avropa Birliyinin Mərkəzi Asiya üzrə birgə xarici siyasət və təhlükəsizlik üzrə təmsilçisi Christina Vayl ilə də görüş keçirilib. Xanım Vayl Azərbaycanın məcburi cəlb olunduğu konfliktə  çox mürəkkəb nöqteyi-nəzərdən baxdığına baxmayaraq, Azərbaycanın enerji təhlükəsizliyi və təminatında həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.

Digər görüşlərdə Almaniya və Azərbaycan qadınlarının, ümumiyyətlə Almaniya və Cənubi Qafqaz qadınlarının əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər proqramı çərçivəsində  qadın siyasətçilər Konrad Adenaur Fondunun 50 illik yubileyində də iştirak ediblər.

Aygün Asifqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi