Modern.az

Bu gün 11 rayonda buraxılış imtahanı keçirilir

Bu gün 11 rayonda buraxılış imtahanı keçirilir

29 İyun 2012, 09:52

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  iyunun 29-də növbəti buraxılış imtahanları keçirir. Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanlar iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri buraxılış imtahanı verirlər.

Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00- da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.  Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 11-ci sinif şagirdləri:  1. İmtahana buraxılış vərəqəsini  2. şəxsiyyəti təsdiq edən sənədin əslini  a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini  b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.  9-cu sinif şagirdləri:  1. İmtahana buraxılış vərəqəsini  2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə)  3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, iyunun 29 da saat 10:00 da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 53 imtahan mərkəzi ayrılıb.

 Lənkəran şəhərində 6, Astara rayonunda 6, Masallı rayonunda 7, Lerik rayonunda 5, Yardımlı rayonunda 5, Cəlilabad rayonunda 7, Şirvan şəhərində 2, Salyan rayonunda 4, Neftçala rayonunda 3, Hacıqabul rayonunda 3, Biləsuvar rayonunda isə 5 binada keçiriləcəkdir. Adı çəkilən rayonlar üzrə 11597 nəfər XI sinif şagirdinin (Lənkəran şəhərində 1838, Astara rayonunda 1004, Masallı rayonunda 1526, Lerik rayonunda 477, Yardımlı rayonunda 658, Cəlilabad rayonunda 1813, Şirvan şəhərində 794, Salyan rayonunda 1190, Neftçala rayonunda 717, Hacıqabul rayonunda 579, Biləsuvar rayonunda 1001) buraxılış imtahanında iştirakı nəzərdə tutulur. İyunun 29-da saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 53 imtahan mərkəzi ayrılıbdır.  İmtahan Lənkəran şəhərində 6, Astara rayonunda 6, Masallı rayonunda 7, Lerik rayonunda 5, Yardımlı rayonunda 5, Cəlilabad rayonunda 7, Şirvan şəhərində 2, Salyan rayonunda 4, Neftçala rayonunda 3, Hacıqabul rayonunda 3, Biləsuvar rayonunda isə 5 binada keçiriləcək.

Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 19365 nəfər IX sinif şagirdinin (Lənkəran şəhərində 2556, Astara rayonunda 1547, Masallı rayonunda 2683, Lerik rayonunda 842, Yardımlı rayonunda 1119, Cəlilabad rayonunda 3378, Şirvan şəhərində 1162, Salyan rayonunda 2003, Neftçala rayonunda 1088, Hacıqabul rayonunda 993, Biləsuvar rayonunda 1994) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

Anar RÜSTƏMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək