Modern.az

Azərin Ankarada konsert verdi

Azərin Ankarada konsert verdi

Mədəniyyət

4 Oktyabr 2020, 09:09

Xalq artisti Azərin Ankarada konsert proqramı ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, “Azərbaycan-Türkiyə dostluq konserti” musiqili gecəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

 

Səhnəyə çıxan Azərin artıq Madagizdə (Suqovuşan) Azərbaycan bayrağının dalğalandırıldığını qeyd edib: “Azərbaycanın haqlı davasında yanımızda olan, bizimlə çiyin- çiyinə duran, dəstəyini əsirgəməyən, təkcə Azərbaycanın deyil, ədalətin, haqqın, insanlığın yanında olan Türkiyə dövləti və xalqına təşəkkürlər”.

 

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi