Modern.az

Vaqif Səmədoğlu Rüstəm İbrahimbəyovun təşkilatına üzv oldu

Vaqif Səmədoğlu Rüstəm İbrahimbəyovun təşkilatına üzv oldu

Ölkə

28 İyun 2012, 16:36

Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqınına üzv olmaq üçün müraciət edib. Bu barədə Modern.az saytına Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli məlumat verib.

Məlumatı təsdiqləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov V.Səmədoğlunun müraciətinin ittifaq tərəfindən müsbət qarşılandığını vurğulayıb və bu münasibətlə hətta onu təbrik də edib.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. Xalq artisti Şəfiqə Məmmədova yeni ittifaqın sədri seçilib.

Xalq şairi Vaqif Səmədoğlunun özü isə Modern.az-a açıqlamasında kinematoqrafiya sahəsinə aid ölkədə ikinci bir qurumun yaradılmasına ehtiyac duyulmadığını vurğulayıb. Müraciətini isə belə izah edib:
”Kino sahəsində kifayət qədər fəaliyyətim və təcrübəm olduğu üçün Rüstəm İbrahimbəyovun təşkilatı məni öz sıralarına üzvlüyə qəbul etdi”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım