Modern.az

Rusiya ilə Azərbaycan arasında bəyannamə qəbul edilib

Rusiya ilə Azərbaycan arasında bəyannamə qəbul edilib

Təhsil

28 İyun 2012, 18:12

"Rusiya-Azərbaycan dialoqu-2012" III Rusiya-Azərbaycan regionlararası forumu iştirakçılarının Yekun Bəyannaməsi qəbul olunub.

Modern.az-ın məlumatına görə, forum iştirakçıları Azərbaycan ilə Rusiya subyektləri arasında əlaqələrin səmərəliliyinin artırılması yolu ilə Rusiya-Azərbaycan dialoqunun inkişafına töhfə verməyə hazır olduqlarını bildirərək bir sıra istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyi diqqətəlayiq hesab edirlər.  Qəbul edilən sənəddə  Azərbaycanda Rusiya diasporunun və müvafiq olaraq Rusiyanın subyektlərində Azərbaycan diasporunun qorunub saxlanması, xalqların yaxınlaşmasında hər iki icmanın xüsusi rolu nəzərə alınmaqla onların etnik, dil, mədəni və dini özünəməxsusluğunun inkişaf etdirilməsi üçün əlverişli şəraitin təmin edilməsi öz əksini tapıb.

 Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, üç ildir ki, ara vermədən Rusiya ilə Azərbaycan arasında regional məsələlər müxtəlif aspektlərdən müzakirə edilir.  "Burada müxtəlif sahələrin nümayəndələri - KİV, QHT və ayrı-ayrı ekspertlər iştirak edirlər. Gənclər arasında əlaqələrin genişləndirilməsi də müzakirə olunur. Gələcəkdə bu forumun statusunu qaldıraraq dövlətlərarası status vermək də məqsədəuyğun olardı. Azərbaycan tərəfi bugünkü forumun nəticələrindən çox razıdır, məhsuldar keçdiyini hesab edir. Biz tərəfdən nəticələr nəzərdən keçirilib ümumiləşdiriləcək. Azərbaycan dövləti, xalqı Rusiya ilə strateji tərəfdaşlığı davam etdirmək əzmindədir", - Ə.Həsənov qeyd edib.


Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək