Modern.az

Azərbaycan İrana yenə nota verib

Azərbaycan İrana yenə nota verib

28 İyun 2012, 20:38

Xarici İşlər Nazirliyi  itgin düşən azərbaycanlı şairlərin, Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda narkotika üstündə həbs edilməsi haqda yayılan məlumatlara münasibət bildirib.

Modern.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq Azərbaycan tərəfi İrana növbəti dəfə nota verib.

“İran Azərbaycan tərəfinə vətəndaşlarımızın taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur. Nazirliyə  Azərbaycan vətəndaşlarının guya İranda cinayət törətmələri haqqında rəsmi məlumat daxil olmayıb”

XİN rəsmisinin sözlərinə görə,  Azərbaycan məsələni diqqət mərkəzində saxlayıaraq vətəndaşlarımıza cinayət işinin açılmasına imkan verməyəcək.

Qeyd edək ki, gənc şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən etibarən itkin düşüblər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək