Modern.az

Türkiyə səfirliyində Nuru Paşaya abidə qoyulub

Türkiyə səfirliyində Nuru Paşaya abidə qoyulub

Təhsil

28 İyun 2012, 21:46

Bu gün Türkiyə Səfirliyində Nuru Paşa üçün qoyulmuş xatirə lövhəsinin açılışı olub. Modern.az xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın millət vəkilləri, KİV rəhbərləri iştirak edib.

Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti kapitan Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə təqdimat keçirib. Qeyd edib ki, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhi dolub, 1936 nəfər isə yaralanıb.

Daha sonra tədbirdə millət vəkili, NizamiCəfərov, Musa Qasımlı, tarixçi Cəmil Həsənli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında qeyd edibki, Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycana öz qardaşlıq köməyini edib və tarixi missiyasını yerinə yetirib.

Hulusi Kılıç jurnalistlərə açıqlamasında Nuru Paşanın abidəsinin gələcəkdə Bakının başqa yerlərində də qoyulacağına inandığını söyləyib.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək