Modern.az

Bəşər Əsəd qorxusundan evdən bayıra çıxmır

Bəşər Əsəd qorxusundan evdən bayıra çıxmır

Təhsil

28 İyun 2012, 23:45

Suriya prezidenti Bəşər Əsədin zəhərlənərək öldürüləcəyi ilə bağlı məlumat yayılıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ona qarşı sui-qəsd ediləcəyindən qorxan Əsəd bir həftədir yaşadığı evdən kənara çıxmır. Geniş mühafizəçi qrupu təfərindən qorunan prezidentin hətta yaşadığı evdə belə öldürüləcəyindən qorxduğu bildirilib.

Son günlər qərb dünyasının təzyiqlərindən ehtiyat edən B.Əsəd zəhərlənəcəyini düşünərək yemək və içkilərinə xidmətçisi dadmadan əl vurmur.

Hətta prezidentin yaşadığı evin xüsusi təyinatlı mühafizəçilər tərəfidən qorunduğu da diqqətdən yayınmayıb.

Anar Rüstəmov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək