Modern.az

İtaliya Almaniyanı məğlub edərək finala çıxdı

İtaliya Almaniyanı məğlub edərək finala çıxdı

Təhsil

29 İyun 2012, 02:00

Avropa çempionatının finalçıları artıq məlum oldu. Finalda İspaniya ilə qarşılaşmaq istəyən Almaniya və İtaliya milliləri yarımfinalda üz-üzə gəlib. Futbolsevərlərin maraqla izlədiyi matçın ilk hissəsində italyanlar güclü rəqibinin qapısından 2 cavabsız top keçirdib. Qarşılaşmanın ikinci hissəsi də maraqlı anlarla yadda qalıb. Hesabda geri olan Almaniya 90 dəqiqə hesabı bərabərləşdirə bilməyib. Turnirdə ardıcıl qələbələri ilə diqqət çəkən Almaniya yığması meydanda var gücü ilə irəli atılsa da yalnız sonuncu dəqiqələrdə türk əsilli Məsut Özilin penaltidən vurduğu bir qolla təsəlli tapa bilib. Matç 1:2 italyanların qələbəsi ilə başa çatdı.  Oyunda qolları İtaliya komandasında Balotelli, 20 (0:1), 36 (0:2), Almaniya millisindən isə Mesut Özil, (90+2) vurublar.

Belə ki, 12 ildən sonra İtaliya ilk dəfə Avropa Çempionatının finalında İspaniya ilə qarşılaşacaq.   Qeyd edək ki, möhtəşəm final iyulun 1-də baş tutacaq.

Anar RÜSTƏMOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək