“27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxslərini və mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəfə alır”.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
XİN sözçüsü bildirib ki, Ermənistan tərəfinin ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirdirir:
“Halbuki sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb”.