Modern.az

Misir Mərdanovdan iş axtaran müəllimlərə yeni xəbər

Misir Mərdanovdan iş axtaran müəllimlərə yeni xəbər

29 İyun 2012, 11:04

Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə işə qəbulunda bəzi dəyişikliklər edilcək.

Modern.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Müəllimlərin işə qəbulu ilə bağlı məsələyə toxunan nazir müsabiqə prosesində bal həddinin ləğv edildiyini qeyd edib:

“Yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddi götürdük. Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq".

M.Mərdanov regionlar üzrə müsabiqə ilə işə qəbulun keçirilməyəcəyini açıqlayıb. Nazir bunun vaxt baxımından mümkün olmadığını  vurğulayıb.

Təhsil naziri bildirib ki, bu il yaş senzi ilə bağlı vakant yerlərin sayı əvvəlki illərlə müqayisə də çox olacaq.

Qeyd edək ki, bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?