İyunun 29-də Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda dörd ölkənin dövlət başçısı, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.
Tədbiri Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron açıb.Daha sonra dövlət başçısı Forumda nitq söyləyib.
Modern.az