Modern.az

İctimai Palatadan Sərdar Cəlaloğluna sərt cavab: “Bunu etmək sənin adətindir...”

İctimai Palatadan Sərdar Cəlaloğluna sərt cavab: “Bunu etmək sənin adətindir...”

29 İyun 2012, 12:36

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq deputat Arzu Səmədbəyli ADP sədri Sərdar Cəlaloğluna haqlarında səsləndirdiyi fikirlərə görə sərt cavab verib.

Sərdar Cəlaloğlunun İctimai Palatanın tezliklə dağılacağı haqda dediyi sözləri Modern.az-a şərh edən A.Səmədbəyli bu fikirlərin absurd olduğunu bildirib. İP üzvü qeyd edib ki, tənqidi fikirlər söyləmək S.Cəlaloğlunun çoxdankı adətidir.

“Sərdar Cəlaloğli təəssüflər olsun ki, hər zaman İctimai Palata ilə bağlı bu cür fikirlər səsləndirir. Bu yaxşı hal deyil. Sərdar bəyin özünün və partiyasının iştirak etdiyi blokla bağlı biz hər hansı fikir səsləndirmirik, onun daxili işlərinə qarışmırıq. Bu onun adətidir. Sərdar Cəlaloğlu vərdiş  edib artıq. Sərdar bəyə demək istəyirəm ki, heç nəyi bilmək olmaz, onu zaman göstərəcək. Bizim haqqımızda tənqidi fikirlər səsləndirmək lazım deyil. Seçkilərə hələ  kifayət qədər zaman var. Bilmək olmaz necə olacaq. Sərdar Cəlaloğlu İctimai Palatanı tənqid etməyə adət edib. İctimai Palata prezident seçkiləri üçün qurulmayıb ki, bu təşkilatın haqqında belə fikir səsləndirirlər”, - deyə A.Səmədbəyli vurğulayıb.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında prezident seçkiləri ilə bağlı İcitmai Palatada daxili çəkişmələrin olacağını və qurumun tezliklə dağılacağını bildirimişdi.

Anar  RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək