Modern.az

Ceyhun Bayramov Lavrovla cəbhədəki durumu müzakirə etdi

Ceyhun Bayramov Lavrovla cəbhədəki durumu müzakirə etdi

5 Oktyabr 2020, 22:32

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, XİN rəhbərləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

Ceyhun Bayramov öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən Ceyhun Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu