Modern.az

Sabahdan hava pisləşəcək, yağış yağacaq

Sabahdan hava pisləşəcək, yağış yağacaq

29 İyun 2012, 13:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 30-da şimşək çaxacağı, bəzən yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

Ümumiyyətlə, iyunun 30-da və iyulun 01-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək