Modern.az

BMT Baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət etdi

BMT Baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət etdi

Dünya

6 Oktyabr 2020, 07:19

BMT-nin Baş katibi Antonio Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan-Azərbaycan münaqişəsi zonasında təcili atəşkəsə nail olmaqda kömək etməyə çağırır.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

 

Onun sözlərinə görə, Baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir.

 

Dyujarrik bildirib ki, Quterreş yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza