Modern.az

Fuad Muradov: “Yeni təşkilatda yeganə azərbaycanlı mənəm”

Fuad Muradov: “Yeni təşkilatda yeganə azərbaycanlı mənəm”

Qarabağ

29 İyun 2012, 13:35

Böyük İpək Yolu ölkələri özünün Gənclər İttifaqını yaratdı

İyunun 27-dən etibarən Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başladı. “Böyük İpək Yolu” 1-ci Beynəlxalq Gənclər Konqresi çərçivəsində 25 ölkə təmsilçisi “Böyük İpək Yolu” Gənclər İttifaqının əsasını qoyulub. Təşkilata sədrlik isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradovun namizədliyi irəli sürülüb və sesvermə nəticəsində 22 iştirakçı ölkə onun namizədliyinin lehinə səs verib.

İttifaqın yaranmasının məqsədi haqqında Modern.az-a açıqlama verən Fuad Muradovun sözlərinə görə, təşkilat Böyük İpək Yolu ölkələrinin əməkdaşlığı, yeni layihələrin həyata keçirməsi, eyni zamanda milli mənəvi dəyərlərin bölüşməsidir.  F.Muradov bildirib ki, dünyada bir çox ölkələri birləşdiyi təşkilatlar var, amma İpək Yolu boyu olan ölkələrin heç bir təşkilatı yoxdur. “Buna qədər nə gənclər təşkilatı, nə də yüksək səviyyəli nümayəndələri  olan bir qurumu vardı. Odur ki, Bakıda toplaşan 25 ölkənin nümayəndələri ilə “Bakı Bəyannaməsi” qəbul olundu. Bu bəyannamədə təşkilatın yaranmasının vacibliyi vurğulandı”.

Təşkilatın sədri qeyd edib ki, qurumun nizamnaməsi müzakirə olunub və seçkilər keçirilib. Eləcə də 3 illik fəaliyyət yönündə həyata keçiriləcək layihələr müzakirə olunub: “Bu gün fəaliyyət heyətinin birinci iclası olacaq. Həmin iclasda idarə heyətinin müəyyən bölgüsü aparılacaq. Bir sədr, dörd sədr müavini, 7 idarə heyətini üzvi və baş katibin fəaliyyət göstərməsi nəzərdə tutulur. Dünən sədr və Macarıstan, Qazaxıstan, Misir, Hindistandan olan 4 sədr müavinləri seçildi. Eləcə də müxtəlif ölkələrdən nümayəndə heyətləri seçilib. Onların arasında Yunanıstan, Çin, Mərakeş, Rusiya, Ukrayna, Türkiyə təmsilçiləri var”.

F. Muradovun sözlərinə görə, Qazaxıstandan olan sədr müavini təklif edib ki, oktyabr ayında Astanada gənclərin ikinci görüşü keçirilsin.

İttifaq rəhbəri təşkilatın müzakirə edəcəyi məsələlərin çox olduğunu söyləyib. Onun sözlərinə görə, mədəniyyət, iqtisadiyyat, ərazi bütövlüyü məsələsi və bir çox digər məsələlər “Bakı bəyannaməsi”ndə var. “Bu təşkilatın yaradılmasında məqsəd iqtisadi, mədəni siyasi əlaqələrin daha da möhkəmlənməsidir.  Eləcə də digər beynəlxalq təşkilatlarla bu yöndə işlərin aparılması nəzərdə tutulur”, – deyə sədr vurğulayıb.

F. Muradovun sözlərinə görə, artıq Azərbaycan hökuməti təklif edib ki, birinci yüksək katiblik Bakıda yerləşsin: “İlkin olaraq təşkilatın baş ofisi Bakıda yerləşəcək. Təşkilatda olan yeganə azərbaycanlı isə mənəm”.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu