Publika.az və Teleqraf. com saytlarına haker hücumları olub. Həmin saytların açılmasında və idarə edilməsində ciddi problemlər yaranıb. Bu barədə Modern.az saytına adı çəkilən internet resurslarının təsisçisi Aynur Camalqızı məlumat verib.
O, bildirib ki, proqramçılar hazırda saytlara olan hücumların qarşısnı almaqla məşğuldurlar. Çalışırlar ki problem tezliklə aradan qaldırılsın.
Təsisçinin sözlərinə görə, hücumların haradan olduğunu təxmin edirlər və bu barədə mətbuata geniş açıqlama veriləcək.
Modern.az