“Quba məzarlığında soyqırımı muzeyinin tikintisi davam edir. Amma bu ilin sonuna qədər onun başa çatmasına inanmıram”. Bu sözləri Modern.az saytına açıqlamasında deputat Yevda Abramov deyib.
“Ola bilsin ki, muzeyin tikintisi növbəti ilin birinci rübündə başa çatsın”.
Y.Abramov Quba soyqırım məzarlığında sümüklərin çürüməsinin də problem olaraq qaldığını bildirib: “Çürümənin qarşısını almaq üçün xaricdən müəyyən qədər dərman gətirilir, amma bu da tam olaraq çürümənin qarşısını almır. Amma bunun mütləq qarşısı alınıb, çarəsi tapılmalıdır”.
Deputat qeyd edib ki, muzey tikildikdən sonra dini təşkilatlarla sümüklər barəsində müzakirə aparılacaq və yəqin ki, onlar basdırılacaq. “Onları açıq şəkildə saxlamaq mümkün deyil”.
Modern.az