“Bütün telekanallar uşaq verilişləri ilə bağlı məsələlərə diqqət yetirməlidirlər. Birinci növbədə onlar uşaq verilişlərinin sayını artırmalıdırlar”. Bu sözləri Modern.az saytına açıqlamasında deputat Gülər Əhmədova son günlər telekanallarda uşaq verilişlərinin sayının azalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, uşaq verilişləri sırf qeyri-mütəxəssislər tərəfindən hazırlanır:
“Sonda bu da yaxşı nəticə vermir. Ona görə də bu məsələnin qarşısını almaq lazımdır. Bunun üçün birinci növbədə uşaq verilişlərinin sayı artırılmalıdır. Bunun üçün də sırf mütəxəssisləri bu işə cəlb etmək lazımdır”.
Modern.az