Modern.az

İctimai Televiziyanın səlahiyyətləri artırıldı

İctimai Televiziyanın səlahiyyətləri artırıldı

29 İyun 2012, 14:53

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər qəbul edilib.

Sənədə edilən dəyişiklikələrə əsasən  İctimai Televiziya əcnəbi bədii filmləri, sənədli və cizgi filmlərini subtitrlərlə verəcək.

Qanuna müvafiq olaraq Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlər müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

Bütövlükdə isə digər telekanallar kimi İctimai televiziyaya da xarici serialları nümayiş etdirmək qadağa edilib.

Qeyd edək ki, qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilib.

İctimai yayım xidmətinin maliyyələşmə mənbələrinə abonent haqqından daxil olmalarla yanaşı dövlət büdcəsindən ayırmalar da daxil edilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək