Modern.az

Cəbhədə şiddətli döyüşlər gedir - düşmən mülki əhalini atəşə tutub

Cəbhədə şiddətli döyüşlər gedir - düşmən mülki əhalini atəşə tutub

7 Oktyabr 2020, 08:32

Cəbhədə şiddətli döyüşlər davam edir.

 

Modern.az xəbər verir ki bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

 

Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

 

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu