Azərsu” Açıq Səhmdar Cəmiyyəti gənc mütəxəssislərin işə cəlbi, onların biliklərinin və peşə təcrübələrinin artırılmasına xüsusi diqqət yetirməyə davam edir.
ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 28-də Səhmdar Cəmiyyətin idarə və müəssisələrində çalışan 80-dən artıq gənc mütəxəssisin Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin iş prosesi ilə tanış olmaq üçün Ceyranbatan Su Kəmərləri İdarəsinə ekskursiyası təşkil olunub. İdarənin baş texnoloqu Oruc Bayramov gənc mütəxəssisləri kompleksin çökdürücü, xlorator, süzgəc, qaldırıcı nasos stansiyaları sexlərinin iş prinsipi ilə tanış edərərk onlara içməli suyun təmizlənmə texnologiyaları barədə ətraflı məlumat verib.
Daha sonra Q.Hüseynov gənc mütəxəssislərlə görüşüb. Ölkə rəhbərliyi tərəfindən gənclər siyasətinə böyük önəm verildiyini deyən Səhmdar Cəmiyyətin sədri su təsərrüfatı sektorunda da gənc mütəxəssislərə geniş şərait yaradıldığını bildirib:
Sonra gənc mütəxəssislər onlara yaradılan əmək şəraiti, istehsalat prosesində üzləşdikləri çətinliklər barədə məlumat verib və təkliflərini səsləndiriblər. “Azərsu” ASC-nin sədri görüşdə qaldırılan məsələlərin araşdırılması və həlli üçün müvafiq göstərişlərini verib.
Modern.az