Modern.az

Milli Məclisin komitə sədri AŞ PA prezidentinə qarşı

Milli Məclisin komitə sədri AŞ PA prezidentinə qarşı

29 İyun 2012, 17:26

“Yəqin o, sədr kimi ölkələrin bu quruma üzv qəbul olunarkən götürdükləri öhdəliklər və rəsmi sənədlərlə tanış deyil” 

Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minon Qarabağla bağlı gözlənilməz fikir səsləndirib.

Qurumun sessiyasında erməni deputatın cəfəng dolu çıxışına azərbaycanlı deputat Rafael Hüseynovun cavab verməsindən sonra AŞ PA prezidenti toplantıda Qarabağ məsələsinin müzakirəsinin yolverilməz olduğunu deyib.

O, bunun üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  Minsk Qrupunda müzakirə açmağı məsləhət bilib.

Onun bu şəkildə fikir səsləndirməsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli tərəfindən kəskin etirazla qarşılanıb.

Modern.az saytına açıqlamasında millət vəkili deyib ki, Avropa Şurası Parlament Assambleyasının prezidentinin bu şəkildə açıqlama verməsi onu çox təəccübləndirib:
“Yəqin o, sədr kimi ölkələrin bu quruma üzv qəbul olunarkən götürdükləri öhdəlikləri və rəsmi sənədlərlə tanış deyil. Azərbaycan və Ermənisrtan Avropa Şurasına üzv qəbul olunarkən oradakı öhdəliklərdən biri də Dağlıq Qarabağın sülh yolu ilə həll olunması barədədir. Bu, o deməkdir ki, Avropa Şurası hər iki ölkəni üzv kimi qəbul edəndə öz üzərinə də bir öhdəlik götürüb. Bu da ondan ibarətdir ki, məsələnin həllində bir töhfə verməlidir. Ona görə də Avropa Şurası Parlament Assambleyasının prezdentinin  mövqeyi anlaşılmır. AŞ PA prezidenti deyir ki, məsələ Avropa Şurasının işi deyil, Minsk qrupunun işidir. Ancaq bu, elə Avropa Şurasının işidir və sənədlərdə də əks olunub”.

Komitə rəhbəri deyib ki, Avropa Şurası Avropa məkanında insan hüquqlarınının qorunması ilə məşğul olan ən ixtisaslaşmış beynəlxalq təşkilatdır:

“Dağlıq Qarabağ konfilikti nəticəsində də 100 minlərlə insanın hüququ pozulub. Azərbaycanlıların hüququ pozulub, onlar qaçqın düşüblər. Bu, birbaşa Avropa Şurasının işidir. Ən nəhayət, Avropa Şurası hər hansı-daxili, hüquqi, siyasi məsələlərlə bağlı tərəfləri dialoqa dəvət edir. Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının prezdenti olarkən Dağlıq Qarabağ məsələsi ilə bağlı alt komitənin fəaliyyətini bərpa etdi. Bu da ondan ötəri idi ki, məsələlər müzakirə olunsun. Ermənilər məsələyə cəlb olunsunlar. Bu kompenentlər baxımından AŞ PA prezdentinin mövqeyi anlaşılan deyil. O ki qaldı onu şəxsi mövqeyinə, bu, əvvəllər də müzakirə olunub, bunu başa düşmək olar. Şəxsi mövqeyi məhdud ola bilər. Amma bu gün cənab Mino AŞ PA prezdentidir. Bu şəxs quruma üzv ölkələrin qəbul etdiyi öhdəliklərin icrasına  məsul olan bir  şəxsdir”. 

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək