Modern.az

Sel Goranboyda həyatı iflic edib - FOTOLAR

Sel Goranboyda həyatı iflic edib - FOTOLAR

29 İyun 2012, 17:50

 

Ötən gün günorta saatlarından etibarən Goranboy rayon ərazisinə yağan yağış fəsadlar törədib. Modern.az-ın məlumatına görə, bir neçə saat davam edən leysan yağışı əsasən rayonun 13 kəndinə ciddi ziyan vurub.
Bundan başqa yağış və sel suları bir neçə kənddə kənd təsərrüfatna, komunikasiya sisteminə, yol təsərrüfatına ciddi ziyan vurub. Qaraşay və Gorançay üzərində 7 körpünü sel yuyub. Goranboy Rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxı Abdullayevdən aldığımız məlumata görə, rayon ərazisində təbii fəalkətin aradan qaldırılması yönümündə işlər aparılır və sel sularının vurduğu ziyan xüsusi komissiya tərəfindən hesablanır. Qeyd edək ki, güclü sel ilkin baxış zamanı 50 evə və 10 ticarət obyektinin zirzəmsini dolduğu müəyyən edilib.





Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək