Modern.az

Musa Qasımlı Türkiyə səfirliyində baş verənlərə aydınlıq gətirdi

Musa Qasımlı Türkiyə səfirliyində baş verənlərə aydınlıq gətirdi

29 İyun 2012, 17:59

Dünən  Türkiyənin Azərbaycandakı səfirliyində Nuru Paşa üçün qoyulmuş xatirə lövhəsinin açılış mərasimi zamanı millət vəkili Musa Qasımlının çıxışı tədbir iştirakçılarının səs-küyünə səbəb olmuşdu. Belə ki, millət vəkili Ənvər Paşa, Nuru Paşa, Bülənt Ecevit və Məsud Yılmazın adını çəkmiş, amma Atatürkün adını sevdiyi dövlət adamları içərisində göstərməmişdi. Deputatın bu yanaşması mətbuatda geniş şəkildə əks olunub.

Millət vəkili Musa Qasımlı olayla bağlı Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, Atatürk adını çəkdiyi dövlət, siyasət və hərb xadimlərinin önündə duran bir şəxsiyyətdir. Onu kim iləsə müqayisə etmək döğru olmaz:

“Mənim fikrimin mahiyyəti nədən ibarət idi? Və mən dediklərimin mahiyyətini yenidən təkrarlamaq istəyirəm. Osmanlı ağır zamanında olmasına baxmayaraq, Ənvər Paşa və Nuru Paşa Azərbaycanlı qardaşlarına kömək etmək üçün gəldilər. Osmanlı ağır vəziyyətdə olsa da, Azərbaycana yardım əlini uzatdı. Və sonrakı illərdə Kazım Qarabəkir Paşa xan Azərbaycana münasibətdə bir söz deyəndə onu “Ənvərçilikdə” ittiham edirdilər. Bülənt Ecevit isə bütün basqılara, təzyiqlərə baxmayaraq, Kiprə ordu çıxardı, cəsarətli addım atdı.

70-ci illərdə, daha dəqiq 1978-cil ildə Sovet İttifaqına səfəri zamanı Bülənt Ecevit qəti şəkildə bildirdi ki, Azərbaycan rus- türk, sovet-türk münasbətlərində etibarlı körpüdür. Onu zədələmək olmaz, onu qorumaq lazımdır”.

Millət vəkili Məsud Yılmazın adını nə üçün çəkdiyinə də münasibət bildirib. “Ona görə onun adını çəkdim ki, NATO ölkələri Türkiyəyə təzyiqlər edirdi ki, Azərbaycanın müstəqilliyini tanımasın. 1991-ci ildə bütün təzyiqlərə baxmayaraq,  Məsud Yılmaz höküməti hələ SSRI mövcud ola-ola Azərbaycanın müstəqilliyini tanıdı. Bu, cəsarətli bir addım idi”.

Musa Qasımlının sözlərinə görə, bu şəxslərin adını çəkməkdə əsas məqsədi odur ki, Azərbaycana münasibətdə o insanlardan ibrət almaq lazımdır.
“Bu şəxslərin hərəkəti bir nümənədir. Ən çətin anlarda və təzyiq altında olduqları anlarda belə, Türkiyə heç bir zaman Azərbaycan məsələsində bir addım geri çəkilməyib”.

Musa Qasımlı haqqında səhv düşüncənin formalaşmasından təəssüflənib. Millət vəkili bir daha qeyd edib ki, Atatürk müqayisəolunmaz bir şəxsiyyətdir.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək