Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov "Tolışı Sədo" qəzetinin narkotik ittihamı ilə həbs edilən baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovla bağlı məsələyə münasibət bildirib.
”Bilirsiniz, burada məsələ ondan ibarətdir ki, kimin hansı vəzifə tutmağından asılı olamayaraq, törətdiyi cinayət qanun qarşısında bərabərdir. İstər müəllim, istər jurnalist olsun, baş redaktor olsun, kimliyindən asılı olmayaraq. `Burada da ittiham irəli sürülüb. Artıq cinayət işi açılıb və məhkəmə öz qərarını verəcək. Yəni bundan sui-istifadə etmək olmaz ki, o hansısa qəzetin redaktorudur və s. Mən hesab edirəm ki, bu sırf cinayət hadisədir və istintaq düzgün nəticəyə gələcək”.
Modern.az