Modern.az

KİVDF 29 qəzetə böyük pullar ayırdı - SİYAHI

KİVDF 29 qəzetə böyük pullar ayırdı - SİYAHI

Qarabağ

29 İyun 2012, 19:27


İyunun 29-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində  2012-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək Fonda, 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini deyib.

Vüqar Səfərli Fondun ekspertlərinin 2012-ci ilin I yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu da  Şura üzvlərinin diqqətinə çatdırıb. O eyni zamanda bəzi qəzetlərin müsabiqəyə saxta sənədlərin təqdim etdiyini və gələcəkdə bununla bağlı qaydaların sərtləşdirilməsi zərurəti yarandığını bildirib.

Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə verilib.  Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən  qüsurların aradan qaldırılmasının vacibliyini  diqqətə çatdırıblar. Şura üzvləri qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər də səsləndiriblər.

Müzakirələrin yekunu olaraq son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılıb.

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin II yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı.

 

 

 

                 Qəzetin Adı 

 

                     Məbləğlər

1. 

"Yeni Azərbaycan” qəzeti

 

 

    50 000

2. 

"Səs” qəzeti

 

 

    50 000

3. 

"Kaspi” qəzeti

 

 

    50 000

4. 

"Mövqe” qəzeti

 

 

    50 000

5. 

"Ədalət” qəzeti

 

 

    50 000

6. 

"Ayna-Zerkalo” qəzeti

 

 

    50 000

7. 

"525-ci” qəzet

 

 

    50 000

8. 

"Bakı-Xəbər” qəzeti

 

 

    50 000

9. 

"Yeni Müsavat” qəzeti

 

 

    50 000

10. 

"Olaylar” qəzeti

 

 

    50 000

11. 

“Ekspress” qəzeti

 

   

    40 000

12. 

"Paritet” qəzeti

 

 

    30 000

13. 

"Palitra” qəzeti

 

 

    30 000

14. 

"Azadlıq” qəzeti

 

 

    30 000        

15. 

"Paralel” qəzeti

 

 

    30 000

16. 

"Həftə İçi” qəzeti

 

 

    30 000

17. 

"Azad Azərbaycan” qəzeti

 

 

    30 000

18. 

"Şərq” qəzeti

 

 

    30 000

19. 

"Xalq Cəbhəsi” qəzeti

 

 

    30 000

20. 

"Futbol+Qol” qəzeti

 

 

    30 000

21. 

"Üç Nöqtə” qəzeti

 

 

    20 000

22. 

"Novoye Vremya” qəzeti

 

 

    20 000

23 . 

"Olimpiya Dünyası”qəzeti

 

 

 

    15 000

24. 

"Oxu Məni” qəzeti

 

 

    10 000

25. 

"Azernews” qəzeti

 

 

    10 000

26. 

"Reytinq” qəzeti

 

 

      8 000

27. 

"Təhsil Problemləri” qəzeti

 

 

      5 000

28.

"The Business Times” qəzeti

 

 

      5 000

29.

 

“Bütöv Azərbaycan” qəzeti

      5 000

 

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu