Modern.az

Siyavuş Novruzov: “İsa Qəmbər də bir nümunə göstərsin”

Siyavuş Novruzov: “İsa Qəmbər də bir nümunə göstərsin”

29 İyun 2012, 19:52

“Məlumatım var, Müsavat qurultay keçirməyəcək”

“Musavat Partiyasında ciddi fikir ayrılığı var və başqan kimi çox adam namizədliyini irəli sürməyə hazırdır. Partiyanın daxilində də, regional təşkilatlardan da məlumatımız var ki, ciddi şəkildə İsa Qəmbərin partiyanın sədri seçilməsinin əleyhinədirlər”.
Bu fikirləri Modern.az saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun fikrincə, İsa Qəmbər bu partiyanı geri aparır:
“Partiyanın tərkibində hər hansı bir islahat yoxdur, partiyaya gənclər cəlb olunmur, eyni insanlardan ibarət bir qurumdur. Bu baxımdan da onlar 2013-ci ilin seçkilərinə qədər qurultayı uzadacaqlar. Əksəriyyət istəyir ki, İsa Qəmbər getsin, ona görə də qurultay keçirilmir”.

Deputat deyib ki, İsa Qəmbər hər seçkidə məğlub olur: “Azərbaycanda nümunə var. Etibar Məmmədov Milli İstiqlal Partiyasından qırağa çəkildi. Dedi ki, “buyurun, partiyanın fəaliyyətini mən tənzimləyə bilmirəm”. Ona görə də partiya lideri kimi qalır və qalan hallarda partiyanın sədri var və idarə edən sturuktur var. İsa Qəmbər də nümunə göstərsin.
Musavata qurultay üçün yer ayrılıb, ayrılan yerdə də gedib qurultaylarını keçirsinlər. Orda-burda mitinq keçirmək bəhanəsi ilə gah oranı, gah buranı istəyirlər, sosial bazası olmayanda həmişə elə olur. Yer ayrılıb getsinlər ora, Maştağa Azərbaycan deyil? Rəsulzadənin də abidəsinə yaxındır ora, getsinlər”.

Qurultay nümayəndələrinin Maştağada ayrılan zala yerləşməyəcəyi məsələsinə gəlincə, deputat deyib ki, say baxımından Musavatın o qədər üzvü yoxdur: “Ora 300 nəfər tutur. Onlar bu zalı doldurmaq üçün 300 nəfər ordan, burdan, o biri partiyalardamn borc alacaqlar. Mitinqə 40 partiya, İctimai Palata 1500 adam gətirə bilmirsə, Musavat haradan gətirəcək 300 nəfəri qurultaya”.

S.Novruzov sonda qeyd edib ki, onda məlumat var ki, Müsavat Partiyası qurultay keçirməyəcək. Qurultay keçsə, İsa Qəmbəri partiyadan uzaqlaşdıracaqlar.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək